“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao ilə maraqlanan klubların sayı artmaqdadır.
Danimarka “Kopenhagen”indən sonra Macarıstanın “Ferentsvaroş” klubu da 25 yaşlı orta sahə oyunçusunu heyətə qatmağı düşünür. Macarlar hətta qarşı tərəflə ilkin təmasa keçərək, təklif də göndəriblər. Romaonun gələcək karyerası “Qarabağ” rəhbərliyindən asılı olacaq. Qeyd edək ki, dayaq yarımmüdafiəçisinin Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.